Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe cari yay transfer pəncərəsində Paris klubunu tərk edə bilər.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Paris klubunun sahibi Nasser Əl-Xelaifi Mbappenin komandaya qoşulmasına icazə verməkdən qəti surətdə imtina edib. Prezident, Mbappenin ona xəyanət etdiyini hesab edir və ulduz futbolçunu bağışlamaq niyyətində deyil.
Daha əvvəl Mbappenin PSJ ilə müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilirdi. Ardınca klub rəhbərliyi Mbappeni komandanın Asiya turundan xaric etmişdi. Bir qədər əvvəl isə Mbappe Asiya turundan qayıtmış əsas komanda ilə məşqlərə buraxılmayıb. Hücumçu üçün transferə çıxarılmış oyunçuların yer aldığı heyətlə məşqlər təyin edilib. Klubla müqaviləsini yeniləməyəcəyi halda, Mbappenin UEFA Çempionlar Liqasının qarşıdakı mövsümü üçün iştirak ərizəsinə də salınmayacağı bildirilir.


