“Braqantino”nun (San-Paulu) braziliyalı mərkəz müdafiəçisi Natan Bernardo de Souza İtaliya çempionu “Napoli”yə keçib.
Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik müqaviləyə imza atıblar. Braziliyalı müdafiəçi “Napoli”də ilinə 1,1 milyon avro məvacib alacaq. “Napoli” Natanın transferi müqabilində “Braqantino”ya 10 milyon avro ödəyəcək.
Müdafiəçi “Braqantino”ya qədər “Flamenqo”da çıxış edib və Braziliya çempionluğunu qazanıb.
Natan “Braqantino”nun heyətində ümumilikdə 103 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Braziliyalı mərkəz müdafiəçisi həm də müdafiənin sol cinahında oynaması ilə diqqət çəkir.
Perspektivli futbolçu Braziliyanın U-20 yığmasına dəvət alsa, hələ debüt etməyib.
Daha əvvəl “Napoli”nin “Barselona”nın fransız mərkəz müdafiəçisi Kleman Lanqlenin xidmətində maraqlı olduğu bildirilirdi.


