“Sabah” – “Partizan”: Masazırda heyətlər açıqlandı

Bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Partizan” oyunu üçün start heyətlər açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Serbiya komandaları arasındakı ilk oyun bu gün Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.

Komandalar arasındakı ilk oyuna saat 20:00-da start veriləcək. Baş məşqçilər bu oyun üçün aşağıdakı heyətə üstünlük veriblər.

Xatırladaq ki, Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev (k), 12. Vensan Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Amin Seydiyev, 17. Tellur Mütəllimov, 18. Davit Volkov, 21. İldar Ələkbərov, 29. Anatoli Nuriyev, 33. Camal Cəfərov, 77. Namiq Ələsgərov.
Baş məşqçi: Murad Musayev.
Partizan: 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç (k), 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Mateus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç.
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 2. Arandel Stoykoviç, 4. Sinişa Saniçanin, 10. Bibras Natxo, 12. Zlatan Şehoviç, 14. Samed Bajdar, 19. Aleksandr Şçekiç, 23. Nemanya Nikoliç, 43. Nemanya Trifunoviç, 44. Boqdan Mirçetiç, 45. Mateya Stepanoviç, 55. Danilo Pantiç.
Baş məşqçi: İqor Dulyay.