“Sabah” “Partizan”ı Masazırda 2 cavabsız qolla məğlub etdi

“Sabah” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün Serbiya “Partizan”ına qarşı ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk oyun bu gün Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutub.

Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi oyun Azərbaycan təmsilçisi üçün uğurlu alınıb. Adlı-sanlı rəqibindən daha üstün oyun nümayiş etdirən “bayquşlar” yekunda inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

“Sabah” – “Partizan” 2:0
Qollar: Boyan Letiç, 70; 74.
Matçın 69-cu dəqiqəsində Aleksey İsayev penaltidən yararlana bilməyib.
Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).
Masazır. “Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev (17. Tellur Mütəllimov, 82), 10. Aleksey İsayev (k), 12. Vensan Till (29. Ceyhun Nuriyev, 82), 15. Kristian da Silva, 19. Emmanuel Apeh (18. Davit Volkov, 58), 24. Maruan Hadudi, 27. Jarl Marqarita (77. Namiq Ələsgərov, 70), 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Amin Seydiyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Partizan: 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç (k), 7. Severina Xander, 8. Frank Elimane Kanute ( 55. Danilo Pantiç, 67), 9. Kuinsi Meniq, 11. Mateus Saldanya (23. Nemanya Nikoliç, 83), 15. Aldo Kalulu (10. Bibras Natxo, 55), 26. Aleksandr Filipoviç (2. Arandel Stoykoviç, 66), 40. Kristiyan Beliç (19. Aleksandr Sçekiç, 66).
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 4. Sinişa Saniçanin, 12. Zlatan Şehoviç, 14. Samed Bajdar, 43. Nemanya Trifunoviç, 44. Boqdan Mirçetiç, 45. Mateya Stepanoviç.
Baş məşqçi: İqor Dulyay.