PSJ-nin ispan baş məşqçisi Luis Enrike klubun fransalı ulduz hücumçusu Kilian Mbappe ətrafında yaramış vəziyyəti şərh edib.
Arena.az bu barədə jurnalist Fabris Houkinsə istinadən məlumat verir.
Luis Enrike klubun mənafeyinin hər şeydən üstün olmalı olduğunu vurğulayıb:
“Kilian Mbappe? Bu mövzu artıq əvvəllər də müzakirə edilib və futbolçu ilə klub arasında həll yolu tapılıb. Elə, mənim də istədiyim budur. Bu klubun fəlsəfəsi aydındır: klub hər şeydən üstündür və mən bunu 100 faiz bölüşürəm”, deyə Luis Enrike bildirib.
24 yaşlı Mbappe 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş cari müqaviləsinin sonuna qədər PSJ-dən ayrılmamaq və klubla müqaviləsini daha bir mövsümə yeniləmək qərarını verib. Bu isə ulduz futbolçunun gələn ilin yayında PSJ-dən azad agent qismində ayrılması deməkdir. Transferə çıxarılmış Mbappe bu yay satılmayacağı halda, klubun onu bütün qarşıdakı mövsüm üçün əsas komandadan uzaqlaşdıracağı haqda məlumat yayılıb.


