PSJ Kilian Mbappenin “Park de Prens”ə girişinə qadağa qoyur

PSJ komandanın fransalı ulduzu, hücumçu Kilian Mbappeyə komandanın stadionuna daxil olmağı qadağan etmək niyyətindədir.

Arena.az bu barədə “Le10sport” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PSJ fransalı ulduzun klubun ev stadionu “Park de Prens”i ziyarət etməsinə qadağa qoymaq imkanını nəzərdən keçirir. Fransa nəhənginin bu addımının Mbappenin PSJ-dən daha da tez ayrılmasını sürətləndirmək üçün bir tədbir olduğu vurğulanır.

Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsinin 2024/2025 mövsümünə yenilənməsindən imtina edib. Bu, ulduz futbolçunun 2024-cü ilin yayında Paris klubunu azad agent qismində tərk etməsi deməkdir.
Mətubatda yayılmış məlumata görə, Mbappe cari yay transfer pəncərəsində “Real”a keçmək niyyətindədir. Ulduz futbolçunun özü isə cari müqaviləsinin sonuna qədər PSJ-də oynamaq fikrində olduğunu açıqlayıb.

Hazırda Mbappenin PSJ-nin transferə çıxardığı oyunçular dəsətsində yer aldığı və klub rəhbərliyi tərəfindən ulduz futbolçuya əsas komanda ilə məşqçlərə çıxmağa qadağa qoyulduğu məlumdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: