Premyer Liqa: “Araz-Naxçıvan”dan elitada ilk qələbə!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında mövsümə uğursuz başlamış iki komanda – “Qəbələ” və “Araz-Naxçıvan” üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan bu oyun Naxçıvan təmsilçisi üçün daha uğurlu alınıb. Debütant bu oyundan inamlı qələbə ilə ayrılıb. Nəticədə bu komanda elitadakı ilk 3 xalına sevinib. “Qəbələ”nin isə uğursuz seriyası davam edir.

Qeyd edək ki, 2-ci turun ilk oyun günündə daha bir qarşılaşma baş tutacaq. Saat 21:00-da “Zirə” evdə “Kəpəz”lə üz-üzə gələcək.

Bu turun “Qarabağ” – “Turan Tovuz” matçı sabah, “Neftçi” – “Səbail” görüşü avqustun 14-də baş tutacaq. “Sumqayıt” – “Sabah” matçı isə qonaqların avrokubok görüşü ilə əlaqədar təxirə salınıb.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust

“Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev.
Bakı. “Dalğa Arena”

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: