Luis Enrike: “Mbappe paltardəyişmə otağına gəlmişdi”

PSJ-nin ispan baş məşqçisi Luis Enrike “Loryan”la oyunqabağı Kilian Mbappenin komandanın paltardəyişmə otağına gəlişinə şərh verib.

Arena.az bu barədə AS portalına istinadən məlumat verir.

Xatırladaq ki, Mbappe və digər komanda yoldaşları Neymar və Verratti Liqa 1-in 1-ci turu çərçivəsində “Loryan”a qarşı oyunun (0:0) iştirak ərizəsinə salınmayıblar.

Oyundan əvvəl Mbappe komandanın paltardəyişmə otağına gələrək, komanda yoldaşları ilə görüşüb. Komandanın baş məşqçisi bu məqamda qəribəlik görmədiyini bildirib:

“Mbappe oyunqabağı paltardəyişmə otağına girmişdi? Məgər bu, qəribədir? Bu xüsusda deməyə sözüm yoxdur. Mən artıq dünən, deməli olduğumu demişəm”, – deyə Luis Enrike vurğulayıb.

Daha əvvəl Luis Enrike Mbappe və PSJ-nin razılığa gələ bilməsini istədiyini demişdi.

24 yaşlı Mbappe 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş cari müqaviləsinin sonuna qədər PSJ-dən ayrılmamaq barədə son qərarını artıq verib. PSJ rəhbərliyi transferə çıxardığı Mbappeni bu yay sata bilməyəcəyi halda, ulduz hücumçusunu mövsüm boyu əsas komandadan kənar tutacağını bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: