PSJ-nin fransalı hücumçusu Kilian Mbappe həmyerlisi Usman Dembelenin “Barselona”dan Paris klubuna transferinə münasibət bildirib.
Arena.az xəbər verir ki, Mbappe bu barədə özünün sosial şəbəkə hesablarından birində yazıb:
“Evə xoş gəldin, qardaş. Səni burada görməyə elə şadam. Ən maraqlı hər şey başlayır”, – Mbappe gələcəyə dair nikbin təssəvürünü ifadə edib.
Xatırladaq ki, Kilian Mbappe və Usman Dembele Fransa yığmasında birlikdə çıxış edirlər.
PSJ Dembeleni heyətinə qatmaq üçün sərbəstqalma haqqını da “Barselona”ya ödəyib. Bu transfer Fransa nəhənginə 50 milyon avroya başa gəlib.
Geridə qalmış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib.
Dembelenin Kataloniya nəhənginin heyətində ümumi statistikası isə belədir: 185 oyun, 40 qol, 43 məhsuldar ötürmə.
Fransalı vinger “Barselona” ilə 3 dəfə İspniya çempionatını, 2 dəfə İspaniya Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu qazanıb.
Dembele 2016-cı ildə debüt etdiyi Fransa yığmasının heyətində 37 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatını qazanıb.


