“Partizan” “Sabah”la cavab matçı öncəsi əzmkar qələbəyə sevindi

“Sabah”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan “Partizan” Serbiya Super Liqasında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Belqrad təmsilçisi ölkə çempionatının 3-cü turu çərçivəsində “Radniçki” ilə üz-üzə gəlib.

Belqrad təmsilçisinin ev sahibi olduğu görüş elə bu komandanın əzmkar qələbəsi ilə başa çatıb – 2:1. Belə ki, hesabı 12-ci dəqiqədə qonaqlar açıblar. Amma 79-cu dəqiqədə Bibras Natxo penaltidən vurduğu qolla hesaba tarazlıq gətirib. 87-ci dəqiqədə isə Xander Severina belqradlıların qələbə qoluna imza atıb.

Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran paytaxt klubu üçüncü pilləyə yüksəlib.

Xatırladaq ki, “Sabah” ilə “Partizan” arasındakı ilk oyun avqustun 10-da Masazırda keçirilib və Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 17-də Belqradda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: