Mbappe müqaviləsi haqda PSJ ilə heç nəyi müzakirə etməyib

PSJ-nin hücumçusu Kilian Mbappe komandaya qayıtmamışdan əvvəl müqavilə müddətinin uzadılması haqda PSJ ilə müzakirələr aparmayıb.

Arena.az bu barədə Fransanın məşhur “L’Equipe” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PSJ ilə Mbappe arasında son danışıqlar zamanı müqavilə müddətinin uzadılması məsələsi gündəmə gətirilməyib. Amma ulduz futbolçu onun gedişindən klubun zərər görməyəcəyinə söz verib. Fransalı ulduz danışıqlara, ən qısa zamanda komandaya qayıtmaq üçün razılaşıb.

Xatırladaq ki, daha əvvəl fransız futbolçu PSJ-nin Fransa çempionatının 1-ci turu çərçivəsində “Loryan”a qarşı oyununun (0:0) iştirak ərizəsinə daxil edilməmişdi. Avqustun 13-də hücumçu əsas komanda ilə ümumi qrupda məşqləri bərpa etmək üçün klub rəhbərliyinə müraciət edərək, icazə alıb.

Fransız ulduzun PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini bir ildən sonra “Real” keçmək zəmanəti müqabilində uzatmağa razı olduğu da bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: