“Partizan” – “Sabah” matçının start heyətləri bəlli oldu

“Sabah” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Serbiya “Partizan”ı ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Belqrad nəhəngi ilə bu gün səfərdə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq bu oyunun start heyətləri müəyyənləşib. Baş məşqçilər aşağıdakı heyətlərə üstünlük veriblər.

Xatırladaq ki, “Sabah” güclü rəqibinə Masazırdakı ilk oyunda 2:0 hesabıyla qalib gəlib.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust

23:00: “Partizan” – “Sabah”
Baş hakim: Bartoş Frankovski (Polşa).
Belqrad. “Partizan Arena”.
İlk oyun – 0:2.

Partizan: 1. Aleksander Yovanoviç, 5. Nikola Antiç, 2. Arancel Stoykoviç, 3. Mihaylo İliç, 6. Svetozar Markoviç (k), 40. Kristian Beliç, 8. Frank Kanute, 7. Severina Xander, 10. Bibras Natxo, 9. Quensi Meniq, 11. Mateus Saldanya.
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 4. Sinişa Saniçanin, 12. Zlatan Şehoviç, 14. Samed Bajdar, 15. Aldo Kalulu, 17. Marko Jivkoviç, 19. Aleksandr Şçekiç, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç, 26. Aleksandar Filipoviç, 43. Nemanya Trifunoviç, 45. Mateya Styepanoviç.
Baş məşqçi: İqor Dulyay.
Sabah: 1. Yusif İmanov, 44. Sofian Çakla (k), 24. Mauran Haduidi, 2. Amin Seydiyev, 15. Kristian Da Silva, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 27. Jarl Marqarita, 9. Anatoli Nuriyev, 18. Davit Volkov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namiq Ələsgərov.
Baş məşqçi: Murad Musayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: