Kilian Mbappe ilə PSJ-nin “barışması” “Real”ı məyus edib?

“Real”ın fransalı ulduz hücumçu Kilian Mbappe ilə PSJ arasında tərəflərin razılıq əldə edə bilməsinə qarşılığı məlum olub.

Arena.az bu barədə “RMC Sport”un fransız jurnalist Frederik Ermelə istinadı əsasında məlumat verir:

“Düzünü desəm, “Real” Mbappenin bu yay onlara qoşulacağına inanmırdı. Əgər Kilian ilə PSJ arasında əsl müharibə başlasaydı və parislilər avqustun 31-i saat 12:30-da onu satmaq istədiklərini elan etsəydilər, bəlkə o zaman “Real” nəsə sınayardı. Amma 250 milyon avro müqabilində yox.

“Real”da heç bir məyusluq yoxdur, çünki Mbappe heyətdən kənarda olanda belə, transferə ümid yox idi. Madridlilərin rəhbərliyi ilə apardığım söhbətlər o dəlilə dayanırdı ki, bu əhvalat müstəsna olaraq Kilian və PSJ arasındadır. Mən Pereslə Mbappenin müqaviləni yeniləməyəcəyini bəyan etdiyi məktubu barədə danışdım – Florentino əmin idi ki, Kilian bu yay PSJ-də qalacaq.

Mbappenin bu sözlərinin “Real” üçün heç bir çəkisi yox idi. Madriddə fransalıya münasibətdə ötən il olduğu qədər həvəs yoxdur. Xaşlanmış pişik soyuq sudan qorxar. Onlar 2022-ci ildə baş verənləri anlamadılar. Zira bu, “bəli” deyən və üç gün sonra “yox” deyən oyunçudur. Məhz buna görə də bu əhvalat “Real” üçün az çəkiyə malik idi.

Bu gün Mbappe “Real” üçün prioritet deyil”, deyə Frederik Ermel vurğulayıb.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək. Daha əvvəl ulduz hücumçunun parislilərlə cari müqaviləsini uzatmaq istəyində olmadığı və müqaviləsi başa çatınca klubdan getmək istəyində olduğu haqda məlumat yayılmışdı. Məhz bu məsələdə nala-mıxa vurduğu üçün Kilian Mbappe PSJ rəhbərliyi tərəfindən klubun mövsümöncəsi Asiya turundan xaric edilmiş, komandanın əsas heyəti ilə məşqlərdən kənarlaşdırılmış və cari mövsüm Fransa çempionatının ilk turu çərçivəsində “Loryan”a qarşı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Daha sonra klub rəhbərliyi danışıqlar apararaq razılıq əldə etmiş Mbappeyə əsas heyətə qayıtmağa icazə verilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: