Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Paris klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub prezidenti Nasser Əl-Xelaifi və futbolçunun özü və nümayəndələri uzun müddətdir danışıqlar aparırlar və kompromis əldə etməyə yaxınlaşırlar.
Mbappenin Fransa nəhəngi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Daha əvvəl Mbappenin müqaviləsini yeniləməkdən imtina etdiyi və cari müqaviləsinin sonuna qədər oynayıb komandanı tərk etmək istədiyi haqda məlumat yayılmışdı. PSJ rəhbərliyi cəza tədbirləri olaraq ulduz futboolçusunu komandanın Asiya turundan xaric etmiş, sonra isə əsas komanda ilə məşqçlərdən uzaqlaşdırmışdı. Daha sonra isə klub rəhrəhbərliyi ilə razılığa gəlmiş Mbappenin komandaya qayıtmasına icazə verilmişdi.
Tərəflər arasında razılıq əldə olunacağı halda, PSJ-nin futbolçuya bütün vədlərini yerinə yetirməyə hazır olduğu vurğulanır.
Yenicə başlamış cari mövsümdə Kilian Mbappe PSJ-nin heyətində 1 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


