Meyson Maunt iki aylığa sıradan çıxdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində “Tottenhem” qarşı oyununda zədələnib.

Arena.az bu barədə “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir.

Mauntun “qırmızı şeytanlar”ın qarşıdakı bir neçə oyununu buraxacağı məlum olub. Maunt Premyer Liqanın növbəti turu çərçivəsində “Nottingem Forest”ə qarşı oyunu mütləq buraxacaq və çox güman ki, sentyabrın 3-də “Arsenal”la oyunda da meydana çıxmayacaq. Mauntun yalnız beynəlxalq oyunlar üçün fasilə bitdikdən sonra yenidən sıraya qayıdacağı ehtimal edilir.

Meyson Maunt “Çelsi”nin yetirməsidir. Onun “Mançester Yunayted”ə keçidi rəsmən iyulun 5-də elan edilib.

Cari mövsümdə Maunt “Mançester Yunayted”in heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: