“Transfermarkt” internet-portalı dünyanın ən bahalı futbol liqalarının siyahısını açıqlayıb. Arena.az xəbər verir ki, ilk onluğa oyunçularının ümumi dəyəri 1 milyard avronu keçmiş Səudiyyə Ərəbistanı çempionatı da daxil olub.
Maraqlıdır ki, Ərəbistan liqası Niderland çempionatını da qabaqlayaraq Erediviziyanı ilk onluqdan kənarda qoyub.
Ümumi oyunçu dəyərinə görə ən bahalı futbol liqalarının ilk onluğunu təqdim edirik:
- İngiltərə Premyer Liqası (20 klub) – 10,48 milyard avro;
- İspaniya La Liqası (20 klub) – 4,67 milyard avro;
- İtaliya A Seriyası (20 klub) – 4,52 milyard avro;
- Almaniya Bundesliqası (18 klub) – 4,14 milyard avro;
- Fransa Liqa 1-i (18 klub) – 3,48 milyard avro;
- Braziliya A Seriyası (20 klub) – 1,46 milyard avro;
- ABŞ MLS-i (29 klub) – 1,29 milyard avro;
- Portuqaliya Premyer Liqası (18 klub) – 1,24 milyard avro;
- Türkiyə Super Liqası (20 klub) – 1,07 milyard avro;
- Səudiyyə Ərəbistanı Peşəkar Liqası (18 klub) – 1,02 milyard avro;
- Niderland Erediviziyası (18 klub) – 1,01 milyard avro.


