Joao Enrikes: “Qarabağ”la matçda detallar həlledici oldu”

“Olimpiya”nın baş məşqçisi Joao Enrikes Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis doğma meydanda 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Məğlub olsaq da, rəqiblə bərabər səviyyədə mübarizə aıardıq. Məyusuq, amma vəziyyəti bərabərləşdirməyə özümüzü inandırmışıq.

Oyundan əvvəl dedik ki, fərdi və kollektiv keyfiyyətə malik kompakt komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. Böyük şans qazanan ilk biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır. Statistik göstəricilər bərabərdir, yeganə fərq nəticədir. Təcrübə çox yaxşı idi, amma hələ heç nə bitməyib”.

Joao Enrikes matçın bolqarıstanlı baş hakimi Georgi Kabakovdan narazı qalıb: “Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla qarşı daha ehtiyatlı davranırdı. Amma bu, belədir, Avropada görkəmli komandalar daha çox qorunur. Bu da normaldır”.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: