Şakir Seyidov yenə icarəyə verildi – Bu dəfə “Kəpəz”ə

Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Şakir Seyidov bu mövsüm “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Kəpəz” heyətinə daha bir futbolçu qatıb. Müqavilə ilə “Sabah”a məxsus olan Şakir Seyidov icarə əsasında mövsümün sonuna kimi “Kəpəz”də çıxış edəcək. Ampluaca yarımmüdafiəçi olan oyunçu müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının, o cümlədən 21 yaşadək futbolçulardan ibarət millinin heyətində oynayıb.

“Sabah” Şakir Seyidovu əvvəlki mövsümlərdə Latviyanın “Dauqavpils” klubuna da icarəyə də verib. Ötən mövsüm isə gənc futbolçu “Turan Tovuz”da icarədə olub. O, Tovuz təmsilçisində 32 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Kəpəz” daha öncə “Qəbələ”dən Rüfət Əhmədovu, “Səbail”dən Elmir Tağıyevi də icarəyə götürmüşdü. Gəncə klubu Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa, Bəxtiyar Həsənalızadə, Vladislav Vasilyuçek, Latir Fall və Vüsal Məsimovla da güclənib.

Əvəzində Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev komandanı tərk ediblər.

Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərov isə “Kəpəz”lə yeni müqavilə bağlayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: