Lionel Messi MLS-də ilk matçına çıxdı, yenə qol vurdu – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bu dəfə MLS matçının iştirakçısı olub.

O, Şərq Konfransı çərçivəsində “Nyu York Red Bullz” ilə görüşün iştirakçısı olmaqla MLS-də debüt edib. “İnter Mayami” səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb. Messi bu qarşılaşmanın 60-cı dəqiqəsində meydana buraxılıb. O, 89-cu dəqiqədə fərqlənməklə həm MLS-də ilk qolunu vurub, həm də matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu, Messinin “İnter Mayami”dəki 9-cu rəsmi matçı idi. O, bu görüşlərdə 11 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: