“İnter Mayami”nin kommersiya direktoru Xavyer Asensi argentinalı ulduz futbolçu Lionel Messinin transferinin təsirini dəyərləndirib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Asensi müvafiq sualı cavablayaraq, Messinin transfer edilməsinin strategiyasını açıqlayıb:
- Messi – futboldur ki, var. Bu, göz qabağındadır, amma onun imzalanması nə dərəcədə kommersiya gedişi idi?
- Vəziyyətə aydınlıq gətirək: Leonun keçidi – bu, ilk növbədə meydanda qələbədir. Aydındır ki, dünyanın bütün oyunçuları arasında Leo ən çox kommersiya baxımından satılır. Modriç, Ramos, Qrizmann və ya Buskets bir azacıq təkan verə bilər, amma Leo kommersiya səviyyəsində başqa bir ölçüdür, o, yerdənkənardadır.
Anlayasınız ki, biz 2024-cü ildə “İnter Mayami”nin Leodan əvvəlki gəlirini dördə vuracağıq. Mayami və bütün MLS üçün Messidən “əvvəl” və “sonra” var.
Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi ayrılıb və “İnter Mayami” ilə 2025-ci ilin dekabrına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.


