PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın fransalı ulduz hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı sualı cavablandırıb.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir:
“Kilianla çox yaxşı müzakirələrimiz olub. O, möhtəşəm oyunçu, böyük şəxsiyyət və peşəkardır. Onunla yeni müqavilə? Mən bu haqda danışmaq istəmirəm. Mbappe PSJ-nin oyunçusudur”, – deyə Əl-Xelaifi söhbətə xitam verib.
Xatırladaq ki, bu yay məlum olmuşdu ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsinin uzadılmasından imtina edib və bu məqam hücumçunun mövsümlərarası, artıq ötən yay fasiləsində və ya bir ildən sonra klubu azad agent qismində tərk edə biləcəyi ilə bağlı şayiələrə səbəb olmuşdu.
Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaq.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində 2 oyuna çıxıb, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


