PSJ-nin sabiq braziliyalı superulduzu keçmiş komanda yoldaşı, argentinalı ulduz Lionel Messi haqda xatirələrini paylaşıb.
Arena.az “Globo Esporte”yə istinadən məlumat verir ki, Neymar Lionel Messinin Dünya Kubokunu qazanmasına sevindiyini bildirməklə yanaşı, PSJ-də birgə yaşadıqları çətinlikləri özünəməxsus şəkildə ifadə edib:
- Messinin Dünya Kubokunu qazanmasını görəmək necə idi? Çoxları deyir ki, futbol ədaləti bərqərar oldu. Siz razısınız?
“Onun belə bir il keçirməsinə sevindim, amma eyni zamanda çox kədərləndim. O, sikkənin hər iki tərəfini hiss etdi. O, Argentina yığması ilə cənnətdə oldu, son illərdə hər şeyi qazandı. Parisdə isə o, cəhənnəmin necə olduğunu hiss etdi, biz ikimiz də onun necə olduğunu birlikdə hiss etdik. Üzüldük, çünki ora hədər yerə gəlməmişdik. Biz mütləqiyyətimizi göstərmək, Çempionlar Liqasının qalibi olmaq və tarix yaratmaq istəyirdik. Biz bunun üçün birləşmişdik. Təəssüf ki, uğur qazana bilmədik.
İdman nəticələri baxımından danışsaq, Messi PSJ-dən layiq olduğu şəkildə ayrılmadı. Hamı onun necə məşq etdiyini, necə mübarizə apardığını, uduzanda necə əsəbiləşdiyini bilir. Onu haqsız tənqid edirdilər, mən hesab edirəm.
Amma eyni zamanda, onun Dünya Kubokunu qazanmasına sevinirəm. Sizin qeyd etdiyiniz kimi, futbol ona qarşı ədalətli oldu. Braziliyanın mübarizədən çıxmasından sonra Messi karyerasını beləcə bitirməyə layiq idi”.
Xatırladaq ki, cari yay transfer pəncərəsində Messi PSJ-ni azad agent qismində tərk edərək MLS təmsilçisi “İnter Mayami”yə keçib. Ardınca isə Neymar Səudiyyə Ərəbistanı Peşəkar Liqasının məşhur klublarından biri olan “Əl-Hilal”a qoşulub.


