Səudiyyə Ərəbistanı Peşəkar Liqasının texniki direktoru Maykl Emenalo Çin Super Liqası ilə bağlı müqayisələrə cavab verib.
Arena.az “Sky Sports”a istinadən Emenalonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bu, Çindəkindən sadəcə daha uzun sürəcək. Bu, uzunmüddətlidir və böyüməyə davam edəcək, mən buna inanıram. Kimsə Səudiyyə Ərəbistanı futboluna diqqət yetiribsə, sezər ki, əhali oyuna çox həvəslidir. Bu, çox uzun müddətdir mövcud olan yaxşı düşünülmüş plandır.
Sadə dəlil budur ki, bu transfer pəncərəsində əvvəlcədən göstərilmiş səylər liqaya qatılan ən yaxşı oyunçulara marağın çox olacağından xəbər verir.
Biz sadəcə oyunçuları dəvət edib, qaçmaları, bir neçə gün məşhur olmaları üçün onlara pul ödəmirik. İnfrastrukturun yaxşılaşdırılması və akademiyaların inkişafı planı mövcuddur. Bunun üçün genişmiqyaslı strategiya var.
Bu, təkcə oyunçuların alınması ilə bağlı deyil, ona görə də liqanın uzun müddət var olacağına inanıram”, deyə Emenalo bildirib.


