Yoxlama oyunu: Türkiyə və Fransa uduzdu, İngiltərə qalib gəldi

Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, ən maraqlı oyunlardan biri Almaniya və Fransa yığmaları arasında baş tutub.

Bir neçə gün öncə Yaponiyaya böyük hesabla uduzmuş və baş məşqçisiz qalmış almanlar fransızlarla görüşdən qalib ayrılmağa nail olublar.

Yaponiya yığması isə bu dəfə Türkiyə millisi ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Rusiya yığması Qətər millisi ilə oyunda heç-heçəyə razılaşıbsa, digər qonşumuz İran Anqola ilə görüşdə darmadağına sevinib.

İngiltərə yığması Şotlandiya ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı Britaniya duelində ingilislər inamlı qələbə qazanıblar.

Altı qolun qeydə alındığı Özbəkistan – Meksika matçında qalib müəyyənləşməyib. ABŞ yığması isə Omanı 4 cavabsız qolla məğlub edib.

Cənubi Koreya Səudiyyə Ərəbistanı ilə görüşdə qələbə qazanıb. Misir yığması isə Tunisə məğlub olub.

Fil Dişi Sahili – Mali görüşü isə başa çatdırılmadan yarıda dayandırılıb.

Yoxlama oyunu
12 sentyabr

Filippin – Əfqanıstan 2:1
Sinqapur – Çin Taypeyi 3:1
Çin – Suriya 0:1
Yaponiya – Türkiyə 4:2
Keniya – Cənubi Sudan 0:1
Bəhreyn – Türkmənistan 1:1
Kosta Rika – BƏƏ 1:4
Cənubi Afrika – Konqo DR 1:0
Qətər – Rusiya 1:1
İran – Anqola 4:0
Azərbaycan – İordaniya 2:1
Qana – Liberiya 3:1
Cənubi Koreya – Səudiyyə Ərəbistanı 1:0
Misir – Tunis 1:3
Mərakeş – Burkin Faso 1:0
Şotlandiya – İngiltərə 1:3
Almaniya – Fransa 2:1
Fil Dişi Sahili – Mali 0:0
(oyun yarımçıq dayandırılıb)
Seneqal – Əlcəzair 0:1
Özbəkistan – Meksika 3:3
ABŞ – Oman 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: