PSJ-nin hücumçusu Kilian Mbappe və onun sabiq komanda yoldaşı Neymar sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıblar.
Arena.az məlumat verir ki, Neymar PSJ-dən ayrılmazdan əvvəl Mbappeni tənqid edən nəşrləri bəyənirdi.
31 yaşlı Neymar bu yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. O, hələ yeni komandasında debüt etməyib. Braziliyalı ulduz yüngül zədəsini sağaltmaqla məşğuldur.
Mbappe isə PSJ ilə müqaviləsinə dair bütün yay boyu davam edən xoşagəlməz münasibəti bərpa edərək Paris komandasında qalıb və cari mövsümdə çıxını uğurla davam etdirir.
Gerçəkdə isə ulduz futbolçuların bu addımı hansı səbəbdən atdığı məlum deyil.


