İspaniya La Liqasının prezidenti Xavyer Tebas müsahibəsində Kilian Mbappe və aparıcı Avropa Liqalarının transfer siyasəti haqda danışıb.
Arena.az “Marca” nəşrinə istinadən Tebasın bu xüsusda fikirlərini diqqətinizə çatdırır.
Tebas PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin gələn mövsümdə İspaniya La Liqasına keçə biləcəyi haqda ehtimalı dəyərləndirib:
“Mbappenin İspaniya çempionatına keçəcəyinə əmin deyiləm. Amma bu, onun taleyidir, mən əminəm. Növbəti mövsüm onun transfer ehtimalı 70-80% yüksək olacaq. Bura böyük oyunçular gəliblər”, deyə Tebas vurğulayıb.
Tebas həmçinin bəzi Avropa liqalarının transfer siyasətini həyata keçirmə üsulunu qiymətləndirib:
“Hər bir liqada vəziyyəti götürüb təhlil etmək olar. Mən hesab edirəm ki, İngiltərə Premyer Liqasında çoxlu pul havaya sovrulub. Konkret oyunçuların adını çəkmək istəmirəm, amma bəlkə də onları həddən artıq qiymətləndiriblər. Bizi müqayisə edə biləcəyiniz yeganə liqa Bundesliqadır, çünki yalnız onun və bizim sabitliyimiz var. Keyn onların böyük məbləğdə bir oyunçu ilə müqavilə imzaladığı ilk haldır. La Liqa Premyer Liqadakı eyni modeldən istifadə edə, yəni qapılarını bir neçə amerikalıya aça bilərdi.
İtaliyada bir neçə sponsor var və hökumət də klublara borc öhdəlikləri üzrə möhlət verib. Bundan əlavə, kənardan gələn oyunçular üçün onların çox maraqlı vergi qaydaları var”, deyə Xavyer Tebas “Böyük Beşlik” təmsilçilərinin transfer bazarı mənzərəsindən kiçik bir guşəyə aydınlıq gətirib.


