PSJ-nin baş məşqçisi Luis Enrike komandasının hücumçusu Kilian Mbappeni son oyunlardakı zəif fərdi məhsuldarlığı mənzərəsində dəstəkləyib.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.
Xatırladaq ki, fransalı ulduz Marsel “Olimpik”i (4:0), “Klermon” (0:0) və “Nyukasl”a (1:4) qarşı oyunlarda bir dəfə də olsun, səmərəli fəaliyyəti ilə fərqlənməyib.
“Bu yaxınlarda məndən soruşdular ki, Kilian yeddi və ya səkkiz qol vurduğuna görə ondan asılıyıqmı. İndi isə məndən soruşurlar ki, Kilian nə etməlidir, axı o, son oyunlarda qol vurmayıb… Biz buna anlaşıqla yanaşmalıyıq. O, yüz faiz hazırdır – bu, bir faktdır. Futbolçular mövsüm boyu müxtəlif formalarda olurlar.
O, səkkiz qol vuranda nə Supermen, nə də vurmayanda orta oyunçu deyil. Bu dünyada hər şey ağ və ya qara deyil, həmişə çalarlar var. Kilian bizim üçün vacib və sistem formalaşdıran oyunçudur. Bir məşqçi kimi məqsədim onun güclü tərəflərini vurğulamaq və çatışmazlıqlarını ört-basdır etməkdir”, deyə Luis Enrike açıqlayıb.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Kilian parislilərin heyətində 8 oyuna çıxıb, 8 qol vurub.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


