Otero: “Mbappe “Real”da oynamaq üçün doğulub”

“Real”ın idarə heyətinin üzvü Xose Manuel Otero PSJ-nin fransalı ulduzu Kilian Mbappenin “Kral klubu”na mümkün transferindən danışıb.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir:

“Biz Mbappenin Bellingem kimi düşünəcəyini gözləyirik. O, “Real”da şöhrət qazanacaq, o vaxta qədər isə bunun ətrafında gəzəcək. Ümidvaram ki, Mbappe azad agent olanda “hə” deyəcək. Təbii ki, o, “Real”da oynamaq üçün doğulub”, – Otero bildirib.

Xatırladaq ki, bir müddət əvvəl PSJ-nin prezidenti Nasser Əl-Xelaifi müsahibələrinin birində Kilian Mbappenin gələn mövsümdə də PSJ-də qalacağı haqda əminliklə danışmışdı.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 9 oyuna çıxıb, 8 qol vurub.

Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: