Xovatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün seçmə mərhələsində evdə Türkiyə millisi ilə oyunda məğlubiyyəti (0:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Daliçin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Türkiyə bu qələbəyə layiq idi, bu münasibətlə onları təbrik edirəm. Pis gündə idik, əvvəldən çox səhvlərimiz oldu. Oyunumuzu tapa bilmədik, layiqincəməğlub olduq.
Təbii ki, zədəli futbolçularımızın varlığı çatışmırdı, amma bu, bizim bəhanəmiz olmamalıdır. Hazırda varımız olan hər şeylə əlimizdən gələni etməliyik, biz isə bunu etmədik. Livakoviçi günahlandıra bilmərəm, bütün komanda çox yaxşı deyildi”, deyə Zlatko Daliç bildirib.
Xatırldaq ki, komandalar arasında ilk oyun xorvatların səfərdə 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
6 turdan sonra 13 xal toplamış Türkiyə millisi D qrupunun lideridir. 5 oyun keçirmiş Xorvatiya yığmasının 10 xalı var.
Oktyabrın 15-də Türkiyə millisi Latviya kollektivini qəbul edəcək. Xorvatiya yığması isə Uelsin qonağı olacaq.


