Türkiyə millisi AÇ-2024-ün final mərhələsində!

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, D, E və İ qrupları) üzrə 8 qarşılaşma baş tutub.

A qrupunda Gürcüstan yığması Kipri, Norveç millisi isə İspaniyanı qəbul edib. Gürcülər darmadağına seviniblər. İspanlar isə səfərdə qazandıqları çətin qələbə sayəsində qrup liderinə çevriliblər. Nəticədə həm İspaniya, həm də Şotlandiya yığması qalan oyunların nəticəsindən asılı olmayaraq, Avropa çempionatının final mərhələsinə vəsiqə əldə ediblər.

D qrupunda Uels – Xorvatiya və Türkiyə – Latviya görüşləri baş tutub. Qrupun əsas favoritlərindən olan xorvatlar növbəti məğlubiyyətə üzülüblər. Əvəzində doğma meydanda darmadağına sevinən Türkiyə millisi növbəti Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

E qrupunda Çexiya evdə Farer adalarını, Polşa isə Moldovanı sınağa çəkib. Polyakların xal itirdiyi gündə çexlər minimal hesabla qalib gəliblər.

İ qrupunda da İsveçrə doğma meydanda Belarusla, Rumıniya isə Andorra ilə qarşılaşıb. İsveçrəlilər məhsuldar keçən Belarusla görüşdə xal itiriblər. Liderin bu xal itkisindən maksimum yararlanan rumınlar Andorranı darmadağın etməklə qrup liderinə çevriliblər. Bu qrupun Kosovo – İsrail oyunu isə təxirə salınıb.

Xatırladaq ki, daha öncə Portuqaliya, Fransa və Belçika yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
15 oktyabr

A qrupu

Gürcüstan – Kipr 4:0
Qollar: Kiteişvili, 46. Kvaratsxeliya, 58. Şengeliya, 82. Mikautadze, 90+5-pen.

Norveç – İspaniya 0:1
Qol: Qavi, 49.

Xal: İspaniya – 15. Şotlandiya – 15. Norveç – 10. Gürcüstan – 7. Kipr – 0.

D qrupu

Uels – Xorvatiya 2:1
Qollar: H.Uilson, 47; 60 – Paşaliç, 75.

Türkiyə – Latviya 4:0
Qollar: Y.Akgün, 58. C.Tosun, 83; 90+2. K.Aktürkoğlu, 87.

Xal: Türkiyə – 16. Uels – 10. Xorvatiya – 10. Ermənistan – 7. Latviya – 3.

E qrupu

Çexiya – Farer adaları 1:0
Qol: Souçek, 76.

Polşa – Moldova 1:1
Qollar: Sviderski, 53 – Nikolaesku, 26.

Xal: Albaniya – 13. Çexiya – 11. Polşa – 10. Moldova – 9. Farer adaları – 1.

İ qrupu

İsveçrə – Belarus 3:3
Qollar: Şakiri, 28. Akanji, 89. Amduni, 90 – Ebonq, 61. Polyakov, 69. Antilevski, 84.

Rumıniya – Andorra 4:0
Qollar: Stanku, 23. Haci, 28. Marin, 44-pen. Koman, 50.

Kosovo – İsrail oyunu təxirə salınıb

Xal: Rumıniya – 16. İsveçrə – 15. İsrail – 11. Kosovo – 7. Belarus – 6. Andorra – 2.

Xəbəri sosial şəbəkələrdə paylaş: