Mbappenin anası oğlunun uşaqlıqda azarkeşi olduğu klubu açıqladı

PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari fransalı ulduz hücumçunun uşaqlıqda hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.

Arena.az bu barədə “La Gazzetta dello Sport” dərgisinə istinadən məlumat verir:

“Evdə o, ancaq “Milan” haqqında danışırdı. Uduzsalar, o, televizorun pultunu atıb italyan dilində təhqirlər qışqırardı”, deyə Fayza Lamari xatırlayır.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 11 oyuna çıxıb, 10 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Onu da qeyd edək ki, “Milan” UEFA Çempionlar Liqasının qrup mərhələsində PSJ-nin rəqiblərindən biridir. İtaliya və Fransa klubları ötən gecə Parisdə üz-üzə gəliblər və PSJ doğma meydanda 3:0 hesablı qələbəyə sevinib. Mbappe uşaqlıqda azarkeşi olduğu “Milan”la oyunda bir qol da vurub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: