“Kəpəz”in dörd futbolçusu – Olavale Onanuqa, Tural Rzayev, Abdullahi Şuaybu və Kamran İbrahimov qərb derbisində iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda Premyer Liqanın 11-ci turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq. Dörd futbolçu zədəyə görə matçı buraxacaq. Belə ki, qapıçı Kamran İbrahimov, yarımmüdafiəçilər Olavale Onanuqa, Abdullahi Şuaybu və Tural Rzayev Tovuzda meydana çıxa bilməyəcəklər. Komanda yoldaşlarından fərqli, İbrahimov səfər oyununa aparılıb və durumuna uyğun olaraq ehtiyatda yer alacaq.
Xatırladaq ki, “Kəpəz” “Turan Tovuz”la bu gün Tovuz şəhər stadionunda üz-üzə gələcək. Oyuna saat 19:00-da start veriləcək.
“Kəpəz” Premyer Liqada 10 turdan sonra 6 xalla sonuncu pillədə qərarlaşıb. “Turan Tovuz” isə 12 xalla yeddincidir.


