Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk oyunu Sumqayıtda baş tutub.
Burada “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Günün digər matçı “Neftçi” ilə “Sabah” arasında keçiriləcək. Bu oyuna saat 18:30-da start veriləcək.
11-ci tura sabah keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” görüşü ilə yekun vurulacaq. Ötən gün keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib.
Premyer Liqa
11-ci tur
29 oktyabr
“Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
“Sumqayıt Arena”, 16:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.


