Emiliano Martines: “Kilian Mbappe çoxlu “Qızıl top” qazanacaq”

“Aston Villa”nın və Argentina yığmasının qapıçısı Emiliano Martines PSJ-nin hücumçusu Kilian Mbappe haqqında danışıb.

Arena.az Martinesin bu barədə fikirlərini təqdim edir:

“Kilian bənzəmək üçün bir nümunədir. Bu oğlan əladır, o, Fransa ilə bir Dünya Kubokunu qazandı və növbətisində finala çıxaraq, həlledici oyunda het-trikini rəsmiləşdirdi. Hər bir fransız bu oyunçu ilə fəxr etməlidir.

Lionel Messi və Kristiano Ronaldo karyeralarını bitirəndə Kilian çoxlu “Qızıl top” qazana biləcək”, deyə Emiliano Martines fransalı hücumçu haqda təriflə danışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: