Pirs Morqan Messinin “Qızıl top”u qazanması ilə razı deyil

Məşhur jurnalist və teleaparıcı Pirs Morqan argentinalı ulduz Lionel Messinin səkkizinci “Qızıl top”u qazanmasına münasibətini bildirib.

Arena.az məlumat verir ki, Morqan bu barədə özünün “X” sosial şəbəkə hesabı üzrərindən yazı paylaşıb.

Morqanın fikrincə, ötən il üçün “Qızıl topa” “Mançester Siti”nin norveçli qolçu hücumçusu Erlinq Haland layiq idi. Bundan əlavə, Morqan hesab edir ki, Lionel Messi karyerasında iki “Qızıl top” az, “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo isə iki “Qızıl top” çox qazanmalı idi:

“Bu il Messinin gülünc şəkildə “Qızıl top”u qazanması bütün “Qızıl top” sisteminin saxtalaşdırıldığının bir daha sübutudur. O, iki “Qızıl top” az, Ronaldo iki “Qızıl top” çox qazanmalı idi, Haland isə bu il qalib olmalı idi. Artıq bitdi”, – Pirs Morqan adəti üzrə özünün iti qələmi ilə yazıb.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: