Super Liqa: “Qaziantep” və “Kayserispor”dan qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Qaziantep” “Rizəspor”u, “Kayserispor” isə “Alanyaspor”u qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, 11 turdan sonra 31 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 30 xalla ikinci, “Adana Dəmirspor” 21 xalla üçüncü sırada qərarlaşıb. “Trabzonspor”, “Beşiktaş” və “Kayserispor”un 19, “Kasımpaşa” 18, “Antalyaspor” 15, “Hatayspor”, “Sivasspor” və “Rizəspor” 14, “Ankaragücü” 13, “Qaziantep” 12, “Fatih Karagümrük” 11 xal toplayıblar.

Türkiyə, Super Liqa
11-ci tur
3 noyabr

Qalatasaray – Kasımpaşa 2:1
Qollar: Zaha, 33; 51 – Omeru, 54.

4 noyabr

İstanbulspor – Pendikspor 2:4
Qollar: Ndao, 40. Roka, 89 – E.Yardımcı, 30. Velinton, 45+3; 60. Türam, 83.

Samsunspor – Hatayspor 2:1
Qollar: E.Kara, 77-pen. Şindler, 90+9 – Lamkel Ze, 36.

Fənərbaxça – Trabzonspor 2:3
Qollar: Tadiç, 61-pen; 90-pen – Onuaçu, 10. B.Özdemir, 46. Pepe, 47.

5 noyabr

Sivasspor – Adana Dəmirspor 1:1
Qollar: Koyta, 10 – Stambuli, 57.

Başakşəhər – Ankaragücü 3:3
Qollar: Pyontek, 14; 27. Fiqeyredo, 75 – Sou, 2. Pedrinyo, 20. T.Cigerci, 59.

Konyaspor – Fatih Karagümrük 1:1
Qollar: Çikalleşi, 90+7-pen – G.Yalçın, 46.

Antalyaspor – Beşiktaş 3:2
Qollar: D.Sarıc, 46. Yehezkel, 50; 57 – C.Tosun, 45+2. Muleka, 79.

6 noyabr

Qaziantep – Rizəspor 2:0
Qollar: Maksim, 20-pen. Draquş, 50.

Kayserispor – Alanyaspor 1:0
Qol: O.Kemen, 64.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: