“Olimpiakos” – “Qəbələ” matçının hakimləri açıqlandı

UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçiriləcək “Olimpiakos” – “Qəbələ” matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası noyabrın 29-da Yunanıstan klubunun müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.

“Qırmızı-qaralar”ın bu rəqiblə səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.

Xatırladaq ki, Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Komandalar arasında Qəbələdə keçirilmiş ilk oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:3.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələnin cavab oyunu
29 noyabr

19:00. “Olimpiakos” – “Qəbələ”
Baş hakim: Ceymi Robinson.
Baş hakimin köməkçiləri Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya).
Pirey. Georgios Karaiskakis stadionu.
İlk oyun – 3:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: