PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe oktyabr ayı üçün Fransa Liqa 1-in ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə Liqa 1-in rəsmi saytına istinadən məlumat verir.
Mbappe komanda yoldaşı, fransalı mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emerini və “Monako”nun rusiyalı lideri, hücumameylli yarımmüdafiəçi Aleksandr Qolovini qabaqlayıb. Mbappe oktyabrda parislilər üçün 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


