Erik ten Haq Meyson Mauntun zədəsi haqda danışdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Meyson Mauntun zədəsi ilə bağlı vəziyyəti şərh edib.

Arena.az məlumat verir ki, Mauntun baldır əzələsini zədələdiyi və bu səbəbdən bir aylıq müddətə sıradan çıxdığı bildirilir.

Holland mütəxəssis hücumayelli yarımmüdafiəçisinin vəziyyəti ilə bağlı deyib:

“Meyson ən yüksək səviyyəli peşəkardır. Məşqdə çox çalışır. Bu zədənin səbəblərini axtara bilərik, amma əsas odur ki, onun həqiqətən yaxşı tərəfini göstərdiyi məqamlar çox olub. Amma o, zədələnəndən sonra bütün bunlar keçmişdə qaldı”, – Erik Ten Haq bildirib.

Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə cari ilin iyul ayında 64,20 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maunt “Mançester Yunayted”in heyətində 12 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Maunt 2019-cu ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna 5 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: