Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gündən satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hazırda bu matçın biletləri iticket.az-da satışdadır.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” matçı sabah – dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turun son qarşılaşmasına saat 19:30-da start veriləcək.


