Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
Altı qolun vurulduğu “Kasımpaşa” – “Qaziantep” matçında sevinən tərəf ev sahibləri olublar. Xalını 21-ə yüksəldən İstanbul təmsilcisi 7-ci pilləyə yüksəlib. “Qaziantep” isə bu mövsüm 9-cu məğlubiyyətini alıb.
“Kayserispor” səfərdə “Trabzonspor” üzərində minimal hesablı qələbə qazanıb. Kayseri təmsilçisi bu qələbədən sonra xal sayını 26-ya çatdırıb və 4-cü pilləyə yüksəlib. “Trabzonspor” isə Abdullah Avcının rəhbərliyi altında keçirdiyi altıncı oyununda ilk məğlubiyyətini alıb. Buna kimi “bordo-mavilər” 5 oyunun 3-də qələbə olmaqla məğlub olmurdular. 23 xalda qalan komanda iki pillə geriləyərək 6-cı sıraya düşüb.
Bir digər İstanbul təmsilcisi olan “Beşiktaş” isə bu turda xal itirib. Ankarada “Ankaragücü” ilə qarşılaşan “ağ-qaralar” 1:1-lik heç-heçəyə razılaşıblar. Rıza Çalımbayın vəzifəyə gəlməsindən bəri ilk dəfə xal itirən komanda üçüncü pillədə qalıb. Paytaxt təmsilcisi də 12-ci sıradakı mövqeyini qoruyub.
Tura sabah keçiriləcək “Fənərbaxça” – “Sivasspor” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
14-cü tur
1 dekabr
Hatayspor – Antalyaspor 3:3
Qollar: Strandberq, 19. K.Alıcı, 62. Kilama, 71 – E.Yeşilyurt, 35. Buksa, 57;88-pen
Fatih Karagümrük – İstanbulspor 3:0
Qollar: Yensen, 45-öz qapısına. Mendes, 49. C.Keleş, 53.
2 dekabr
Alanyaspor – Konyaspor 2:2
Qollar: Kordova, 28. Novais, 39-pen – Çikaldau, 32. Muriç, 52.
Rizəspor – Başakşəhər 3:2
Qollar: Olavoyin, 13; 90+2. Vareşanoviç, 17 – Pyontek, 6. Opoku, 45+2.
Adana Dəmirspor – Samsunspor 2:3
Qollar: Nyanq, 27-pen. Barasi, 70 – Ntçam, 35-pen. Holse, 45+4. Marius, 64.
Pendikspor – Qalatasaray 0:2
Qollar: Bakambu, 69. Ziyeş, 82.
3 dekabr
Kasımpaşa – Qaziantep 4:2
Qollar: A.Kara, 3. Ben Ounes, 16; 31. Fall, 82 – M.Eskihellaç, 52. Markoviç, 53.
Trabzobspor – Kayserispor 0:1
Qol: Bahoken, 88.
Ankaragücü – Beşiktaş 1:1
Qollar: Sou, 21 – Çemberleyn, 74.
4 dekabr
21:00. Fənərbaxça – Sivasspor


