Unai Emeri: “Aston Villa” qrupu 1-ci yerdə bitirmək istəyir”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Zrinski” ilə 6-cı tur səfər oyunu öncəsi Avropa Konfrans Liqasındakı hədəflərindən danışıb.

Arena.az Britaniyanın “Express & Star” nəşrinə istinadən, Emerinin bu barədə fikirlərini təqdim edir:

“Birinci tapşırığı yerinə yetirdik və növbəti mərhələyə keçdik. İndi biz qrupda birinci olmaq istəyirik, lakin digər oyunçulara da parlamaq imkanı vermək istəyirik. “Zrinski” ilə oyunda müxtəlif oyunçular oynayacaq, heyətdə nə qədər dəyişiklik edəcəyimi bilmirəm, amma dəyişikliklər olacaq”, deyə ispan mütəxəssis bildirib.

Avropa Konfrans Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin 5 turundan sonra “Aston Villa” 12 xalla “E” qrupunda liderdir. Polşa təmsilçisi “Legiya”nın 9 xalı, Niderland təmsilçisi “Alkmaar”ın 6 xalı, Bosniya təmsilçisi “Zrinski”nin isə 3 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: