Ronaldo və Messi məşhurluğunu itirir? – “Google” belə deyir

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi və “Əl-Nəsr”in portuqal ulduzu Krisitano Ronaldo “Google” axtarış sistemində geriləyiblər.

Arena.az məlumat verir ki, məşhur hücumçular 2023-cü ildə “Google” axtarış sistemi ilə axtarılan ilk 10 idmançı sırasına düşməyiblər.

“Google” axtarış sistemində sorğulara görə 1-ci yeri NFL (amerikan futbolu) “Baffalo Bills”in yarımmüdafiəçisi Damar Hemlin tutub.

2-ci yerdə Fransa nəhəngi PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.

3-cü yerdə “Kanzas-Siti Çifs”in (NFL) oyunçusu Trevis Kelsi yer alıb.
“Memfis”in basketbolçusu Ca Morant 4-cü yerdədir.

Futbolçular arasında, “Bayern”un və İngiltərə yığmasının hücumçusu Harri Keyn isə ilk 10-luğa daxil olub. İngilis forvard 5-ci sırada yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: