Anri: “Mbappenin yerində olsaydım, “Real”a getməzdim”

Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin Paris klubundan mümkün gedişindən danışıb.

Arena.az bu barədə “CBS Sports” dərgisinə istinadən məluamat verir:

“Mbappenin yerində olsaydım, “Real”a və ya digər komandalara getməzdim. Başladığım işi bitirərdim. Getməyə nə gərək? Sən hələ Fransa çempionluğunu qazanmalısan.

Kilian PSJ-ni sevir və hər kəs bunu başa düşməlidir. O, klubunu sevir, məhz Parisdə gücləndi və indi olduğu kəsə çevrildi. Mən Mbappenin sona qədər PSJ-də qalmasını istəyirəm”, deyə Anri bildirib.

Xatırladaq ki, son vaxtlar Mbappenin adı ətrafında ulduz futbolçunun PSJ-ni tərk edəcəyi barədə söz-söhbət bitib-tükənmir. Yay transfer pəncərəsindən bəri mətbuat fransalı hücumçunu “Real”a “transfer edir”. Qış transfer pəncərəsi ərəfəsində bu şayiələr mənzərəsində Mbappenin “Real”a transferi məsələsi yenidən qabardılır.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 20 oyuna çıxıb. O, bu oyunlarda 18 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu görüşlərdə də 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: