“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu gələcəkdə Avropa Super Liqasının yaradılması ehtimalı ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “The Independent” nəşrinə istinadən, Postekoqlunun bu barədə fikirlərini təqdim edir:
“Super Liqanın üzləşdiyi münasibət onun futbol ictimaiyyətindəki yerini açıq şəkildə göstərir. Fikrimcə, bu cür anlayışlar bu oyunun mahiyyətindən uzaq adamlar tərəfindən təklif edilir.
Bəli, mən bu işlərdə mühafizəkaram və oyun və onun qaydaları çox dəyişdikdə xoşum gəlmir. Amma sizə zəmanət verirəm ki, belə müddəalar həyata keçirilsə, mən futbolda olmayacağam. Bizdə bu fikirlərin uğurunun ən mühüm göstəricisi var – azarkeşlərin münasibəti”, deyə yunanəsilli avstraliyalı mütəxəssis bildirib.
Xatırladaq ki, Super Liqanın yaradılması dünən, dekabrın 21-də Avropa İttifaqının Ədliyyə Məhkəməsinin FIFA və UEFA-nın turnirlərin keçirilməsində öz inhisarını qoymasının qeyri-mümkün olduğunu və bu qurumların komandaların digər yarışlarda iştirakını qadağan etməsinin yolverilməz olduğu haqda müvafiq qərarından sonra mümkün olub.


