“Transfermarkt” ən bahalı futbolçuların siyahısını açıqladı

“Transfermarkt” internet-portalı bazar qiymətlərinin aralıq yenilənməsi nəticələrinə əsasən ən bahalı futbolçuların siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, portal 3 futbolçunu 180 milyon avro məbləğində qiymətləndir: Cud Bellingem, Erlinq Haland, Kilian Mbappe.

Amma buna rəğmən, sıralamada 1-ci pillədə məhz “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemi yer alıb. 2-ci pillədə “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland, 3-cü pillədə isə PSJ-nin fransalı mərkəz hücumçusu Kilin Mbappe yer alıb.

Dünyanın ən bahalı 10 futbolçusunun siyahısını təqdim edirik:

  1. Cud Bellingem (“Real”, 180 milyon avro);
  2. Erlinq Haland (“Mançester Siti”, 180 milyon avro);
  3. Kilian Mbappe (PSJ, 180 milyon avro);
  4. Vinisius Junior (“Real”, 150 milyon avro);
  5. Bukayo Saka (“Arsenal”, 120 milyon avro);
  6. Camal Musiala (“Bayern”, 110 milyon avro);
  7. Filip Foden (“Mançester Siti”, 110 milyon avro);
  8. Viktor Osimhen (“Napoli”, 110 milyon avro);
  9. Deklan Rays (“Arsenal”, 110 milyon avro);
  10. Lautaro Martines (“İnter”, 110 milyon avro).

Vurğulayaq ki, yenilənmədən sonra “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn ilk onluqdan düşüb. Keynin yerini “İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines tutub. Bundan əlavə, yenilənmədən sonra “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen transfer dəyərini 10 milyon avro məbləğində itirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: