Messinin köynəklərinin satışı “Real” və “Bayern”in satışını üstələdi

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messinin köynəklərinin satışı bu il bir çox Avropa klublarının formalarının satışını üstələyib.

Arena.az bu barədə “Vogue” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Messinin “İnter Mayami”yə transferindən sonra “Adidas” şirkəti ABŞ klubundan köynəklər üçün yarım milyon sifariş alıb. Bu o deməkdir ki, 2023-cü ildə Messi soyadlı köynəklər “Mançester Yunayted”, “Real”, “Bayern” və “Arsenal” kimi nəhənglərin formalarından daha sürətli satılıblar.

Həmçinin bildirilir ki, “İnter Mayami”nin formalarının bu qədər populyar olduğu məlum olduqdan sonra Devid Bekhemin komandası üçüncü formanı buraxmaq üçün xüsusi icazə alıb. “Los-Anceles” və “Los-Anceles Qelaksi” ilə yanaşı, “Adidas” əlavə oyun dəstləri dəsti buraxmağı planlaşdırır.

Bu klublar bu imtiyazı ötən mövsüm 100 mindən çox forma satdıqdan sonra MLS-dən alıblar.

Daha əvvəl, “Vogue” jurnalı hətta amerikan klubunun FIFA Dünya Kubokunun qalibi Messinin adı ilə bəzədilmiş formalarını 2023-cü ilin özünü müəyyən edən 15 ən yaxşı dəb əşyası siyahısına daxil etmişdi.

Xatırladaq ki, Messi hazırda tətildədir. O, cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: