Quti: “Mbappe “Real”a keçəcək, başqa seçim yoxdur”

“Real” sabiq futbolçusu Quti transferin həyata keçirilməsində çətinliklərə rəğmən, Kilian Mbappenin mütləq “kral klubu”na keçəcəyinə inanır.

Arena.az “Marca” nəşrinə istinadən, Qutinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mbappenin arzusu “Real” keçmək, “Real”ın arzusu isə Mbappenin onlara gəlməsidir. Sonda hər ikisi razılığa gəlməli olacaq. Bu, təkcə futbol deyil, ticarətdir. Ancaq Florentino Peres bütün həyatı boyu bununla məşğuldur, buna görə də o, “Real”ın ən yaxşı prezidentidir.
Florentino Peres bunu Fiqu, Bekhem, Ronaldo, Zidan ilə etdi, indi də Mbappe ilə edəcək. Başqa seçim yoxdur”, deyə Quti bildirib.

Xatırladaq ki, daha əvvəl Mbappenin, “Real” rəhbərliyinin onun qarşısına qoyduğu şərtdən xoşlanmadığı haqda məlumat yayılmışdı. Belə ki, İspaniya nəhəngi, Mbappenin qarşısında “Real”a keçmək istəyi haqda qərar verəcəyi halda, bu barədə “kral klubu”nu yanvar ayının sonuna qədər mütləq məlumatlandırması şərtini qoymuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: