Ehtiram Şahverdiyev qərb derbisində oynamayacaq – Səbəb

“Kəpəz”in müdafiəçisi Ehtiram Şahverdiyev Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacaqları “Turan Tovuz”la oyunu buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Kəpəz” qərb derbisinə bir itki ilə çıxacaq. Belə ki, Şahverdiyev oyunu buraxmaq məcburiyyətindədir. 27 yaşlı müdafiəçi sarı vərəqə limitini doldurub. Bu üzdən də o, keçmiş komandası ilə oyunu tribunadan izləməli olacaq.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” matçına saat 17:30-da start veriləcək.

Xatırladaq ki, Ehtiram Şahverdiyev “Kəpəz”ə bu mövsümün əvvəlində məhz “Turan Tovuz”dan gəlib. Sağ cinah müdafiəçisi Gəncə təmsilçisində indiyə qədər 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, “Sumqayıt”, “Qəbələ”də də forma geyinib, Azərbaycanın U-21 yığmasında 9 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: