Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Samsunspor” doğma meydanda “Kayserispor”u 2 cavabsız qolla üstələyib. “Rizəspor” “Trabzonspor”la ev oyununda qələbəni tək qolla təmin edib.
Dörd qolun qeydə alındığı “Qalatasaray” – “İstanbulspor” matçında da meydan sahibləri inamlı qələbəyə seviniblər.
Beləliklə, 22 turdan sonra zirvədə qərarlaşmış “Fənərbaxça” və “Qalatasaray”ın 57 xalı var. “Trabzonspor” 37 xalla üçüncü pillədədir. “Beşiktaş” 36, “Rizəspor” 35, “Antalyaspor” 33, “Adana Dəmirspor” 31, “Kasımpaşa” 29, “Ankaragücü” 28, “Başakşəhər” 27, “Kayserispor”, “Alanyaspor” və “Sivasspor” 26 xal toplayıblar. “Samsunspor”un 25, “Qaziantep”in 23, “Hatayspor” və “Pendikspor”un 22, “Fatih Karagümrük” və “Konyaspor”un 21, “İstanbulspor”un 10 xalı var.
Türkiyə, Super Liqa
22-ci tur
23 yanvar
Hatayspor – Alanyaspor 1:1
Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.
Beşiktaş – Adana Dəmirspor 0:0
Pendikspor – Kasımpaşa 3:2
Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.
24 yanvar
Ankaragücü – Fatih Karagümrük 2:0
Qollar: A.Güneren, 24. Maçeda, 61.
Qaziantep – Konyaspor 1:1
Qollar: M.Mert, 31-öz qapısına – Moreno, 42.
Antalyaspor – Sivasspor 2:1
Qollar: Buksa, 28-pen. Sariç, 45+3 – Koyta, 13.
Başakşəhər – Fənərbaxça 0:1
Qol: Batşuayi, 90+4-pen.
25 yanvar
Samsunspor – Kayserispor 2:0
Qollar: Z.Yavru, 10. E.Kara, 57.
Qalatasaray – İstanbulspor 3:1
Qollar: K.Aktürkoğlu, 36-pen; 79. M.İkardi, 90+2-pen – Sambissa, 28.
Rizəspor – Trabzonspor 1:0
Qol: Vareşanoviç, 78.


